Onları Azərbaycana gətirmək üçün icazə ala bilmədilər

6 Avqust 2025 03:10 Azarkeş 1 397
Onları Azərbaycana gətirmək üçün icazə ala bilmədilər

"Omoniya" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"la oyun üçün azarkeşlərini Bakıya gətirə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub fanatların səfəri üçün icazənin alına bilmədiyini qeyd edib.

Vurğulanıb ki, Azərbaycana səfər üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Avqustun 7-də "Dalğa Arena"da keçiriləcək “Araz-Naxçıvan” - “Omoniya” matçı saat 20:00-da start götürəcək. Cavab oyunu 1 həftə sonra Kiprdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!