1 gündə 3 oyun – Klublarımızın avrokubok oyunlarını hansı telekanallar göstərəcək?

29 İyul 16:40 Azarkeş 500
1 gündə 3 oyun – Klublarımızın avrokubok oyunlarını hansı telekanallar göstərəcək?

Bu həftə Azərbaycan klubları avrokuboklarda növbəti matçını keçirəcək.

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” iyulun 30-da Bakıda “Şelburn”u (İrlandiya) qəbul edəcək.

Konfrans Liqasında mübarizə aparan təmsilçilərimizin hər üçü eyni gündə meydana çıxacaq.

İyulun 31-də “Sabah” Masazırda “Petrokub”u (Moldova) qəbul edəcəksə, “Araz-Naxçıvan” Salonikidə “Aris”in (Yunanıstan), “Zirə” Splitdə “Hayduk”un (Xorvatiya) qonağı olacaq.

İndiki məqamda futbol ictimaiyyətini maraqlandıran əsas sual oyunları hansı telekanalların yayımlayacağıdır.

Bütün görüşlər canlı yayımlanacaq.

“Qarabağ” – “Şelburn” duelini 20:00-dan etibarən “CBC Sport” ekranlara daşıyacaq.

“Sabah” – “Petrokub” qarşılaşmasını (20:00) ənənəyə uyğun olaraq İTV göstərəcək.

22:15-də başlayacaq “Aris” - “Araz-Naxçıvan” oyununu “İdman TV”, 45 dəqiqə sonra start götürəcək “Hayduk” – “Zirə” matçını “CBC Sport” izləyicilərə rəqdim edəcək.

İlk oyunda “Qarabağ” “Şelburn”u 3:0, “Sabah” “Petrokub”u 2:0, “Araz-Naxçıvan” “Aris”i 2:1 hesabı ilə məğlub edib. “Zirə” – “Hayduk” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!