"Sabah"ı Moldovada gözləyən böyük ordu

24 İyul 2025 16:00 Azarkeş 997
"Sabah"ı Moldovada gözləyən böyük ordu

Avropa Liqasında mübarizəni dayandıran "Sabah" çıxışına bu gün Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.

İkinci mərhələnin ilk oyunu çərçivəsində "tələblər" səfərdə "Petrokub"la qarşılaşacaq.

Amma görüşün rəqib meydanında olmasına rəğmən, komandamız Moldovada dəstəksiz qalmayacaq.

Təxminən 200-ə yaxın azərbaycanlı tribunada yerini alacaq.

Bu ana olan məlumat budur.

Oyun saatında sayın daha çox olmaq ehtimalı da var.

Görüşə isə ümumilikdə maraq elə də böyük deyil.

Qarşılaşmanın keçiriləcəyi Zimbru stadionun tutumu 10400 nəfərdir.

Lakin cəmi 2500 bilet satılıb.

Qeyd edək ki, "Petrokub" - "Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!