“Qarabağ”ın gələcəyini bildilər, hamısını satıb qurtardılar

11:30 Azarkeş 312
“Qarabağ”ın gələcəyini bildilər, hamısını satıb qurtardılar

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda İrlandiya klubunun yaydığı açıqlamada bildirilib.

“Tolka Park”da keçiriləcək UEFA Çempionlar Liqasının ikinci mərhələsində “Qarabağ” FK ilə qarşılaşmaya bilet qalmayıb.

“Tolka Park”da bizi möhtəşəm bir Avropa gecəsi gözləyir” - deyə məlumatda qeyd olunub.

Biletlər bir gün ərzində satılıb.

Paytaxt Dublində yerləşən “Tolka Park” arenasının 6 minə yaxın tamaşaçı tutumu var.

“Şelbrun” - “Qarabağ” oyunu iyulun 23-də keçiriləcək. Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacapqP

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 16:20 "İmişli" budur - 2:1!