SÜRPRİZ - Bakıya 400 nəfərlə gəlirlər

19 İyul 2025 19:40 Azarkeş 996
SÜRPRİZ - Bakıya 400 nəfərlə gəlirlər

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la münasibətlərinə aydınlıq gətirəcək.

Oyun günü rəqib komandanı Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.

Belə ki, “Hayduk”dan “Zirə”yə xorvat azarkeşlər üçün azı 400 nəfərlik yer ayrılması üçün müraciət olunub.

114 yaşlı klubun Xorvatiyanın ən yaşlı və titullu klublarından olduğunu nəzərə alsaq, deyilən qədər fanatın Bakıya təşrif buyuracağı şübhə doğurmur.

İyulun 23-də “Neftçi Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!