
Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Satış məntəqələri "Zirə" İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarıdır.
Bilet satışının təşkilatçıları futbolsevərlərə xoş sürpriz edib.
Havaların son günlər anomal dərəcədə isti keçməsini nəzərə alıblar. Belə ki, stadiona təşrif buyurmaq istəyənlər üçün kassaların açıq qalmaq müddəti artırılıb.
Halbuki əvvəl saat 18:00-dək kassa önündə növbə çəkmək lazım gəlirdi. İndi isə "Zirə" İdman Kompleksi və “8-ci km stadionu”nda yerləşən satış məntəqələri 20:00-dək çalışacaq.
Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları isə saat 21:00-dək fəaliyyət göstərəcək.
"Zirə" - "Hayduk"la oyunu iyulun 23-də keçiriləcək. "8-ci km stadionu"nda təşkil olunacaq görüş saat 19:30-da başlayacaq. Cavab oyunu iyulun 31-də səfərdə baş tutacaq.
SPORTİNFO.AZ