AFFA şərait yaratdı - Biletini göstər, min avtobusa!

9 İyun 22:40 Azarkeş 182
AFFA şərait yaratdı - Biletini göstər, min avtobusa!

AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə bildirilib ki, iyunun 10-u "Liv Bona Dea"da keçiriləcək oyuna azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

İyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti