“Gənclik şəhəri” milli komandamızı necə qarşıladı? - FOTOLAR

11 İyun 17:00 Azarkeş 788
“Gənclik şəhəri” milli komandamızı necə qarşıladı? - FOTOLAR

Azərbaycanın U-21 millisi yoxlama görüşləri çərçivəsində növbəti matçını Monteneqronun müvafiq yaş qrupu komandasına qarşı keçirdi.

Qolsuz bərabərliklə bitən qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.

Azarkeşlərin rahatlığı üçün oyuna girişin pulsuz edilmişdi.

Matçın istirahət günü, axşam saatlarına təsadüf etməsi də azarkeşlərin xeyrinə olan amil idi.

Qarşılaşma günü Sumqayıtda həm də əsl futbol havası vardı.

Belədə ehtimal etmək olardı ki, gənclərimiz yaxşı azarkeş dəstəyi hiss edəcək.

Amma arenaya ayaq basanda tam əks mənzərə ilə üz-üzə qaldıq.

Boş tribunalar bizi qarşıladı.

9500 nəfər azarkeş tutumu olan stadionda vur-tut 200-300 tamaşaçı ancaq olardı.

Xoş olmayan mənzərənin yer aldığı fotoları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO