1 manat - Azərbaycanda öz klubuna ianə etmək istəyənlər varmı?

6 İyun 14:20 Azarkeş 751
1 manat - Azərbaycanda öz klubuna ianə etmək istəyənlər varmı?

“FİF tərəfindən ölkə üzrə keçirilən sorğuya əsasən, respondentlərin 86 faizi imkan yaradılarsa, öz bölgə klublarına ianə dəstəyi edəcəklərini bildiriblər”.

Sportinfo.az xəbər verir ki, bu məqam AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu (FİF) son 3 illə bağlı maliyyə hesabatında qeyd olunub.

Sorğunun nəticələrinə görə, insanların ianə etməyə hazır olduqları məbləğlər və digər vacib aspektlər də müəyyən edilib.

20 faiz 1 manat, 38 faiz 4 manat, 14 faiz 14 manat, 28 faiz isə daha çox ianə etməyə hazır olduqlarını deyiblər.

Respondentlərin 14 faizi isə bölgə klublarına ianədə maraqlı olmadıqlarını bildirib.

Sorğuda 1005 azarkeş iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti