
Azərbaycan kubokunun "Qarabağ"la "Sabah" arasında keçiriləcək final oyununa satılan biletlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadioununda oynanılacaq matça 5 min ədəd bilet satılıb.
Biletlərin satış məntəqələri:
Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı
Köşk №1 (M. Rəsulzadə küç. 3, Bakı)
Köşk №2 (Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi, Bakı)
1, 2, 3, 4 saylı ASAN xidmət mərkəzləri və 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Bilet qiymətləri 3 , 5 , 10, 15, 20, 30 və 50 AZN ("VIP Lounge") təşkil edir.
Həlledici görüş mayın 31-də keçiriləcək və saat 19:00-da başlayacaq. Azarkeşlər üçün matçdan 1 saat əvvəl - saat 18:00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.