Biz də futbolda belə möhtəşəm qələbə sevinci yaşaya bilərmişik... VİDEO

29 May 21:00 Azarkeş 397
Biz də futbolda belə möhtəşəm qələbə sevinci yaşaya bilərmişik... VİDEO

Azərbaycan yığması minifutbol üzrə dünya çempionatında yoluna inamla irəliləməkdədir.

Komandamız ¼ final mərhələsinə vəsiqə qazanmaq üçün Rumıniya səddini aşmalı oldu.

Son dünya çempionları ilə duel kifayət qədər gərgin alındı. Ramiz Covdarovun qoluyla məğlubiyyətdən qurtulan millimiz yalnız penaltilər seriyasında istəyinə çatdı - 3:1.

Vəli Qafarovun inamlı çıxışı sayəsində «lotoreya»da bəxt üzümüzə güldü.

Milli Gimnastika Arenasına toplaşmış azarkeşlər bir andaca çılğına döndü. O qədər möhtəşəm görüntü yarandı ki…

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti