"Sportinfo" məsələni açdı, baş məşqçi üzrxahlıq etdi

15 Aprel 19:40 Azarkeş 617
"Sportinfo" məsələni açdı, baş məşqçi üzrxahlıq etdi

"Sumqayıt" ardıcıl ikinci görüşdə də meydandan məğlub ayrıldı.

Bu dəfə "Şamaxı" "kimyaçılar"ı xalsız qoydu - 1:2.

Deyəsən, autsayderə məğlubiyyət meydan sahiblərinin azarkeşlərini bərk qəzəbləndirib.

Hər halda, matçdan sonra yaşananlar belə deməyə əsas verir.

Oyunboyu müxtəlif şüarlarla baş məşqçi Vaqif Cavadova dəstək nümayiş etdirən fanatlar final fitindən sonra tam əksini etdilər.

Tribunalar önünə gələn futbolçular arasında gənc mütəxəssisi görməyincə "Vaqif hardasan, azarkeş səni gözləyir" - deyə şuar səsləndiriblər.

Matçdan sonra məsələ ilə bağlı əməkdaşımızın sualına cavabında baş məşqçi Vaqif Cavadov bunları deyib:

"Azarkeşlər məni üzrlü saysınlar. Belə bir oyunda məğlub olmaq çox üzücü idi.

Çünki bu gün həm göstərdiyimiz oyunla, həm də əldə etdiyimiz qol epizodları ilə məğlub durumda olmalı deyildik.

Futboldur bu. Əksi baş verdi və məğlub olduq.

Hər zaman yanlarında olmuşam. Bu gün ola bilməməyim nəticə ilə bağlıdır.

Birbaşa paltardəyişmə otağına getdim. Bir daha buradan səslənirəm ki, üzrlü hesab etsinlər".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!