“Braqa” gəlir, “Qarabağ” gəlir əldə edir: 500-ü elə-belə, 100-i VİP

19 Fevral 20:20 Azarkeş 1 781
“Braqa” gəlir, “Qarabağ” gəlir əldə edir: 500-ü elə-belə, 100-i VİP

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliyadan “Braqa”ya qarşı keçirəcəyi ev oyununun biletləri tükənmək üzrədir.

Sportinfo.az xəbər verir ki, görüşün keçirilməsinə hələ 3 gün vaxt qalsa da, artıq 29 400 bilet satılıb.

Hazırda 5 sektor üçün ümumilikdə 500 bilet sahibini gözləyir. Həmçinin VİP-ə də satılmayan 100-ə yaxın bilet qalıb.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!