"Sumqayıt"ın köhnə-yeni ünvanından ən yeni FOTOLAR

4 Fevral 14:50 Azarkeş 1 227
"Sumqayıt"ın köhnə-yeni ünvanından ən yeni FOTOLAR

Premyer Liqanın 21-ci turu çərçivəsində bu gün "Sumqayıt" "Neftçi"ni qonaq edir.

"Kimyaçılar" üçün matçın önəmi iki qat əhəmiyyətlidir.

Uğurlu mövsüm keçirən komandanın məqsədi növbəti 3 xalı aktivinə yazmaqdır.

Bu yolda Samir Abasovun yetirmələrini tribunalarda 10000-ə yaxın tərəfdar dəstək olacaq.

Belə ki, Sumqayıt təmsilçisi 10 ildən sonra yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdıb.

Böyük qayıdışa şəhər camaatı da xüsusi hazırlaşıb.

Matçın startına yarım saatdan çox qalsa da artıq tribunalarda boş yer çox azdır.

Yəqin ki, oyun saatına kimi arena tamı-tamına dolacaq.

Yenilənən, müasir standartlara cavab verən futbol meydançasından çəkilmiş ən yeni fotoları sizə təqdim edirik

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti