“Qarabağ” - Onları tək-tək saymaq mümkün oldu

30 Yanvar 2024 00:30 Azarkeş 600
“Qarabağ” - Onları tək-tək saymaq mümkün oldu

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, 20-ci turun “Kəpəz” – “Qarabağ” oyununa təsadüf edib.

Gəncə şəhər stadionu yenidənqurmağa bağlandığı üçün “Kəpəz” rəqiblərini Qəbələdə qəbul edir.

“Qarabağ”la keçirilən görüşdə isə tribunalarda cəmi 90 tamaşaçı olub. Bu da mövsümün ən aşağı göstəricisidi.

Buna qədər antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin XV turda “Səbail”lə (1:1) ev matçına 120 azarkeş toplaşmışdı.

“Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar