"Neftçi" tərəfdarı gözlədiyi qol gəlməyincə, hansı addımı atdı? - VİDEO

24 Yanvar 22:20 Azarkeş 345
"Neftçi" tərəfdarı gözlədiyi qol gəlməyincə, hansı addımı atdı? - VİDEO

Azərbaycanda qış fasiləsi Premyer Liqanın 19-cu turu ilə başa çatdı.

Turun açılış matçında "Sabah" "Neftçi" ilə üz-üzə gəldi.

Rəqiblər arasındakı əvvəlki matçlar növbəti dramatik oyuna ümid verirdi.

Lakin 90 dəqiqə meydanda mübarizə görsək də, real qol imkanı maksimum 1-2 dəfə görə bildik.

Oyunun axarından qol səsinin çıxmayacağına əmin olan qonaq fanatlar final fitini gözləmədən qol sonrası görməyə alışdığımız mənzərəni bizə yaşatdılar.

Belə ki, çox sayda fakel yandıran tərəfdarlar qısa müddətdə arenanı tüstüyə qərq etdilər.

Hətta baş hakim Əliyar Ağayev tüstünün meydan üzərindən çəkilməsi üçün qısa müddət pauza götürməli oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Gözəl görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti