Premyer Liqanın bir aylıq fasiləsi Masazırda necə başa çatdı? - FOTOLAR

21 Yanvar 17:45 Azarkeş 396
Premyer Liqanın bir aylıq fasiləsi Masazırda necə başa çatdı? - FOTOLAR

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Təxminən bir aya yaxın davam edən fasilə 19-cu turun startı ilə sonlanıb.

Açılış matçı Masazırda keçirilir.

Burada "Sabah" "Neftçi"ni qonaq edir.

Gərgin keçəcəyi ehtimal olunan görüşə maraq elə də çox deyil.

Tribunalarda çox sayda yer sahibsiz qalıb.

Hər zaman olduğu kimi, qapılar arxasındakı tribunalarda hər iki klubun azarkeş qrupları yer alıb.

Digər sektorlara isə qarşılaşmanı izləmək üçün maksimum 600-700 azarkeş ancaq cəm olar.

Bir sözlə, çoxluq soyuq havada isti evdə, televiziya önündən matça baxmağı daha üstün tutub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti