"O, Qurban Qurbanovun gedişinə ən çox üzüldüyü oyunçudur"

18 Yanvar 19:40 Azarkeş 6 468
"O, Qurban Qurbanovun gedişinə ən çox üzüldüyü oyunçudur"

Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirməyə qərar verdi.

28 yaşlı hücumçu Tailandın "Buriram Yunayted" klubunu "Kocaelispor"a dəyişdi.

Azərbaycan seqmentində Ramilin Birinci Liqa klubuna keçidi heç də birmənalı qarşılanmadı.

Onun geriyə addım atdığı daha çox müzakirə olunmaqdadır.

Amma qardaş ölkə təmsilçisinin sosial şəbəkə platformasından aydın sezilir ki, tərəfdarlar Ramilin gəlişindən çox məmnundurlar.

Onların sabiq "Qarabağ"lıdan gözləntiləri böyükdür

Bunu sizə təqdim edəcəyimiz şərhlərdən görə bilərsiniz:

"Klubumuza xoş gəldin, Ramil".

"Möhtəşəm qollarına davam etməyini arzulayırıq".

"Qurban Qurbanovun gedişinə ən çox üzüldüyü oyunçu. Camiyəmizə uğurlu olsun"

"Çox səviyyəli oyunçudur".

"Çox şükür sonunda gəldi".

"Bu həftə mütləq stadiondayıq".

"Rəhbərliyi bu transferə görə təbrik edə bilərik".

"Digər transferler də Ramil qədər bacarıqlıdırsa, çempionluq kəsin qarantidir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti