"Kəpəz"dən əzəli rəqibə mesaj var - Hazırlaşın...

7 Yanvar 23:40 Azarkeş 709
"Kəpəz"dən əzəli rəqibə mesaj var - Hazırlaşın...

Azərbaycan Premyer Liqasında qış fasiləsi 19-cu turun startı ilə başa çatacaq.

21 yanvar tarixində "Sabah" - "Nefçi" matçı ilə açılışı olacaq turda maraqla gözlənilən qarşılaşmalarından biri də Qəbələdə baş tutacaq.

Burada "Kəpəz" "Turan Tovuz"u qonaq edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qərb derbisinə gəncəlilər indidən tədarük görməyə başlayıb.

Özü də necə...

Belə ki, Gəncə təmsilçisi qarşılaşmaya təxminən 2 həftə qalmasına baxmayaraq, sosial şəbəkə hesabından matçla bağlı hazırlanmış posteri paylaşıb.

Həm də iki tovuzluya birgə yer verərək.

Söhbət kapitan Vurğun Hüseynov və yeni transfer Amil Yunanovdan gedir.

Hər iki oyunçu da əslən Tovuz rayonundandır.

Mesaj aydındır - Hazırlaşın, sizi öz silahınızla vuracağıq.

Təbii ki, meydanda bunu etmək posterə həkk etmək qədər asan olmayacaq.

Amma gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti