“Qarabağ” və “Neftçi”: Eyni hadisə 3-cü dəfə baş verdi - 1000-lik ziyan

21 Dekabr 2023 01:00 Azarkeş 895
“Qarabağ” və “Neftçi”: Eyni hadisə 3-cü dəfə baş verdi - 1000-lik ziyan

“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələnib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"