"Qarabağ"ın məşhur azarkeş qrupu Xankəndinə gedəsi olmadı

20 Dekabr 2023 22:20 Azarkeş 1 354
"Qarabağ"ın məşhur azarkeş qrupu Xankəndinə gedəsi olmadı

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşünün Xankəndi şəhərində keçiriləcəyini xəbər vermişdik.

Artıq tarixi qarşılaşmaya cəmi 1 gün qalır.

Bütün futbol ictimaiyyəti bu matça köklənib.

Komandalar və bir sıra rəsmi şəxslər bu gün yola çıxıb.

Füzuli Hava Limanına gedəcək qonaqlar oradan Şuşaya yola düşəcəklər.

Mədəniyyət şəhərində gecələyib, oyun günü isə Xankəndi şəhər stadionuna yollanacaqlar.

Qarşılaşmanı müəyyən sayda izləyəcəklər azarkeşlər isə sabah Xankəndinə yola düşəcək.

Amma tarixi qarşılaşmada "Atlılar"ın heç də bütün sadiq tərəfdarları yanında ola bilməyəcək.

Belə ki, klubun ən böyük azarkeş qrupu olan "İmarət tayfa" səfərə yollanmağı planlaşdırmır.

Əslində ilkin qərar getmək olub. Sadəcə sonra belə qərar verilib.

"Köhlən atlar"ın digər azarkeş qrupu olan "Qarabağ Ordu" isə Xankəndi şəhər stadionun tribunalarında öz yerini alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti