Bölgə klubunda NARAZILIQ: "Biz adam deyilik?"

19 Dekabr 2023 14:00 Azarkeş 541
Bölgə klubunda NARAZILIQ: "Biz adam deyilik?"

Azərbaycan kubokunun son qalibi "Qəbələ" yeni mövsüm kubok yarışına bu gün start verəcək.

Turnirə 1/8 final mərhələsindən başlayacaq bölgə klubu "İmişli"nin qonağı olacaq.

Lakin bölgə klubunun Birinci Liqa təmsilçisinə qonaq getməsi formal xarakter daşıyacaq.

Belə ki, Elmar Baxşıyevin komandası səfər qarşılaşmasını Qəbələ şəhər stadionunda keçirəcək.

"İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq PFL tərəfindən matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.

İmişli təmsilçisi də qərarla razılaşıb.

Amma komandanın fanatları rəsmilərlə eyni mövqedə deyil.

Tərəfdarlar verilən qərara sərt etiraz ediblər.

Onlar görüşün doğma publikada oynanılmasını böyük həsrətlə gözlədiklərini klubun sosial şəbəkə hesablarına yazdıqları narazılıq dolu rəylərdə ifadə ediblər:

"Belə klub mövqeyi olmaz".

"Azarkeşlərə hörmətsizlikdir".

"Bir aya yaxındır ki, azarkeşlər bu oyunu səbrsizliklə gözləyirdi".

"Ən azı 3-4 min tamaşaçı oyunu izləyəcəkdi".

"İmişliyə qarşı hörmətsizlikdir. Oyun İmişlidə keçirilməli idi".

"Görəsən, biz adam deyilik?".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti