"Qarabağ" tarix yazdı, amma "Neftçi"dən danışdılar

15 Dekabr 2023 22:20 Azarkeş 3 535
"Qarabağ" tarix yazdı, amma "Neftçi"dən danışdılar

"Qarabağ" öz sosial şəbəkə hesabından Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə klubu təbrik edənlərə təşəkkür postu paylaşıb.

"Təşəkkürlər, Azərbaycan futbol ailəsi" başlığı ilə izləyicilər üçün paylaşılan fotoda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Premyer Liqanın 7 klubunun təbriki yer alıb.

Amma şərhlərdə qazanılan uğurdan, edilən təbriklərdən daha çox müzakirə olunan "Araz Naxçıvan" və "Neftçi" komandaları olub.

Səbəb adı çəkilən klubların futbolumuzun xoş gecəsində səssiz qalması olub.

Fanatların əsas atmaca atdığı istiqamət isə təbii ki, əzəli rəqib "Neftçi" cəbhəsi olub.

"Qarabağ"lıların paytaxt təmsilçisinin ünvanına yazdığı maraqlı şərhlərdən bəzilərin sizə təqdim edirik:

"Neftçi" deyib ki, 18-i geyinib, təbrik edəcəm".

"Peşəkar Futbol Klubları hamısı təbrik edib".

"Neftçi"nin adminin sonuncu dəfə "Sabah"la oyunda görüblər".

"İşıqları söndürün, tekst başlayır" adlı bir lider klub yanıb ki...".

"Video çarx hazırlamaqdan "Neftçi"nin vaxtı yoxdur, yoxsa onlar da təbrik edərdi".

"Bəzilərinin işığını elə söndürüblər ki, bir dənə text də yaza bilməyiblər".

"Bir klub nəsə yanıb elə bil".

"Neftçi" videoçarxla təbrik edəcək".

"Neftçi" Sovet Sosialist Futbol Klubu".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti