COP29

“Zirə” və “Qəbələ”lilər bir araya gəlib, nəcib addım atdılar – FOTO

14 Noyabr 2023 23:00 Azarkeş 604
“Zirə” və “Qəbələ”lilər bir araya gəlib, nəcib addım atdılar – FOTO

“Zirə” Premyer Liqanın 13-cü turunda “Qəbələ”ni məğlub etdi.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı (1:0) üstünlüyü ilə yekunlaşıb.

Lakin azarkeşlər arasında gərginlikdən söhbət gedə bilməz.

Hətta hər iki komandanın azarkeşlərinin birgə atdığı addım nəticəni də arxa plana atmış olub.

Belə ki, Qəbələdən Bakıya gələn qonaq fanatlarla yerli azarkeşlər birgə Şəhidlər Xiyabanına gediblər.

Onlar 44 günlük Vətən Müharibəsində şəhid olan döyüşçülərimizi ziyarət ediblər.

Torpaqlarımızın düşmən tapdağından azad olunması yolundan canını fəda edən qəhrəmanlarımızın ruhuna dualar oxunub.

Tribunada rəqib olan fanatlar bununla mövuz vətən olanda necə həmrəy ola biləcəklərini növbəti dəfə əyani göstərmiş olublar.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"