COP29

"Qarabağ"a güvənənlər ORDUSU

9 Noyabr 2023 17:00 Azarkeş 402
"Qarabağ"a güvənənlər ORDUSU

“Qarabağ”ın Avropada növbəti sınağına saatlar qalıb.

Komandamız dogma divarlar arasında Almaniya təmsilçisi “Bayer”lə üz-üzə gələcək.

Səfərdəki darmadağına (1:5) rəğmən Bakıdakı oyuna maraq böyükdür.

Demək olar matç üçün bütün biletlər satılıb.

Rəqib hazırda pik formasındadır.

Xabi Alansonun yetirmələri qarşısıalınmaz görünür.

Hər halda, son 10 oyunda qələbələri sıralayan və rəqib qapısından nə az, nə çox 33 qol keçirən kollektivi başqa necə təqdim edəsən?

Həqiqətən də ağdamlıların bu sarıdan bəxti heç gətirməyib.

Hətta ispaniyalı mütəxəssis ehtiyat qüvvəsini belə meydana buraxsa, Ağdam təmsilçisinin şansı çox cüzi görünür.

Ümidsiz azarekşlər də çoxluq təşkil edir.

Bunu klubun sosial şəbəkə hesablarına gələn rəylərdən aydın görmək olar.

Amma pozitiv olan, müsbət nəticəyə inananların da olması diqqətdən qaçmadı:

“Bu gün çox fərqli bir oyun olacaq. İrəli, “Qarabağ”.

“Mən komandamızdan möcüzə gözləyirəm”.

“İnşallah, ən azından bərabərlik”.

“Çempionatların səviyəsi bəllidir. Sadəcə əzmkar oyun lazımdır. 1 xal çox vacibdir”.

“Bu futboldu! Nədənsə mən qələbəmizə inanıram. İnşaAllah sevinərik”.

“Xal alacayıq”.

“Qələbə bizimdir”.

“Bircə xal…”

“Bayram günü sizdən ancaq qələbə gözləyirəm”.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"