Tanınmış media mənsubu "Sportinfo TV"də elə sualları cavablandırdı ki… VİDEO

19 Oktyabr 2023 14:40 Azarkeş 345
Tanınmış media mənsubu "Sportinfo TV"də elə sualları cavablandırdı ki… VİDEO

"Sportinfo TV"də "Azarkeş saatı"nın növbəti canlı yayımı gerçəkləşib.

Aparıcı-ekspert Elçin Cəfərov canlı yayıma zamanı tamaşaçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Xüsusilə milli komandanın mövcud durumu, "İrəvan" klubunda baş verən böhranla bağlı suallar ətrafında müzakirələr aparılıb.

Tanınmış jurnalist deyib ki, "İrəvan" klubuna cavabdeh olan şəxslər barəsində dərhal ölçü götürülməlidir:

"Utancverici məqamdır. Xaotik durum yaradaraq bu ad ətrafında neqativ fikirlərin səsləndirilməsinə səbəb olanlar klubdan uzaqlaşdırılmalıdır.

Komandanın təqdimatında aylar öncə iştirak etmişdim. İlk gündən bu kluba rəhbərlik edəcək şəxsin naşı olduğuna qərar vermişdim.

Təəssüflər olsun ki, yanılmadım. Dərhal klubda rəhbərlik dəyişilməlidir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI