Azarkeşlər Azərbaycan millisindən üz çevirdi - ŞOK RƏQƏM

16 Oktyabr 2023 15:00 Azarkeş 1 578
Azarkeşlər Azərbaycan millisindən üz çevirdi - ŞOK RƏQƏM

"Avro-2024"ün seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Rəqib Avstriya millisidir.

Uzun müddətdən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan yığmamızı dəstəkləməyə çox sayda azarkeş gələcəyi gözlənilirdi.

Nəzərə alaq ki, Canni De Byazinin yetirmələri son matçda Estoniya üzərində qələbə qazanıb - 2:0.

Amma bu kimi məqamlara rəğmən qarşılaşmaya maraq çox aşağıdır.

Belə ki, bu gün səhər saat 11:00-a kimi matça cəmi 4661 bilet satılıb.

Bu barədə AFFA-nın mətbuat xidmətindən saytımıza məlumat verilib.

Xatırladaq ki, oyun 20:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI