"Bakı təhlükəsiz yerdir, qətiyyən narahat olmayın, gəlin"

14 Oktyabr 2023 23:20 Azarkeş 2 605
"Bakı təhlükəsiz yerdir, qətiyyən narahat olmayın, gəlin"

Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsinin F qrupu çərçivəsində Bakıda Azərbaycana qarşı keçiriləcək oyunda dəstəksiz qalmayacaq.

Sportinfo.az xəbər verir ki, Avstriya yığmasını 400-ə qədər azarkeş dəstəkləyəcək.

"Sky Sport Austria"nın yazdığına görə, Avstriya Futbol İttifaqı bir ay əvvəl Qarabağda keçirilən əməliyyatından sonra təhlükəsizlik məsələsi ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi, UEFA və AFFA ilə daim əlaqə saxladıqlarını açıqlayıb:

"Təhlükəsizlik orqanlarının bildirdiyinə görə, Qarabağ bölgəsindəki vəziyyət ölkənin qalan hissəsində, o cümlədən Bakıda təhlükəsizlik vəziyyətinə demək olar ki, heç bir təsir göstərmir. Vəziyyət yaxından izlənilir".

Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI