"Kəpəz"də sərt tələb - "İstefa gerçəkləşməsə..."

12 Oktyabr 2023 17:20 Azarkeş 1 352
"Kəpəz"də sərt tələb - "İstefa gerçəkləşməsə..."

Azərbaycan Premyer Liqasında ilk dövrə arxada qaldı.

9 turdan sonra hələki ən uğursuz kollektiv "Kəpəz"dir.

Gəncə təmsilçisi aktivindəki 5 xalla sonuncu pillədə qərarlaşır.

Yaranmış mənzərə artıq komandanın ən sadiq fanat qrupu hesab olunan "Xəmsə"nin də səbrin tükədib.

Azarkeş qrupu rəhbərlik və baş məşqçiyə qışa kimi vaxt verib.

Bu müddətdə nəticələr düzəlməsə, əks təqdirdə istefalar qaçılmaz olacaq.

Bu barədə fanklubun öz rəsmi feysbuk hesabından yayımladığı bəyanatdan yer ayrılıb.

Bəyanatı olduğu kimi sizə təqdim edirik:

"Xəmsə Müstəqil Fanat Klubu olaraq "Kəpəz"i bütün ev və səfər matçlarında dəstəkləmişik. Komandanın hazırkı vəziyyəti, hamı kimi, bizi də narahat edir.

Komandanın yalnız nəticəsi deyil, həmçinin göstərdiyi oyun bizi ciddi narahat edir. Komandanın maddi-texniki bazası və infrastrukturu ürəkaçan vəziyyətdə olmamasına baxmayaraq, komandanın nəticələri bizi qane etmir.

Xəmsə Müstəqil Fanat Klubu olaraq, həmçinin, "Kəpəz"də yalnız gəncəlilər çalışmalıdır" fikrinin tərəfdaşı deyilik.

Bizim üçün önəmli olan klubda çalışan şəxslərin öz işlərinə məsuliyyətlə yanaşması olub. Komandaya zərər verən şəxslərə qarşı isə mübarizəmizi davam etdirəcəyik.

Xəmsə Müstəqil Fanat Klubu olaraq qış fasiləsinədək ümidverici sayda xal toplanmazsa, klub rəhbərliyi və məşqçi heyətinin istefasını tələb edəcəyimizi, istefa gerçəkləşməzsə daha sərt addımlar atacağımızı bəyan edirik.

Sonda isə bildiririk ki, qış fasiləsinədək komandamıza lazımi azarkeş dəstəyini göstərməyə davam edəcək və bu yolda da klubun yanında olacağıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI