GİLEYLƏNDİ: “Qarabağ” bu münasibətə layiqdirmi? - VİDEO

11:20 Azarkeş 794
GİLEYLƏNDİ: “Qarabağ” bu münasibətə layiqdirmi? - VİDEO

“Bizə azarkeş yox, 30 min sərkərdə lazımdır".

Bu sözləri “Sportinfo TV“də yayımlanan “Avropadan futbol“ verlişində Emin Abbasov səsləndirib.

O, “Qarabağ“ın Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində “Kopenhagen“lə Bakıda keçirdiyi matçdan danışıb.

Futbol eksperti “Tofiq Bəhramov“a toplaşan azarkeşlərin komandaya verdiyi dəstəkdən bir elə razı qalmadığını ifadə edib.

Tanınmış teleşərhçinin fikrincə, “köhlən atlar“ oyunun gedişində tribunalardan istədiyi münasibəti görməyib, odur ki, rəqib ikinci hissənin gedişində meydanda ərazi üstünlüyü ələ alıb.

Abbasov nümunə kimi “Qalatasaray“ı misal çəkib, Qeyd edib ki, “cim-bom“ məhz istanbullu tərəfdalarının möhtəşəm dəstəyi sayəsində “Liverpul“u 1:0 udmağı bacarıb.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti