Premyer Liqa: Bu hadisə mövsümdə ilk dəfə baş verdi

30 Oktyabr 2023 13:40 Azarkeş 1 499
Premyer Liqa: Bu hadisə mövsümdə ilk dəfə baş verdi

Azərbaycan Premyer Liqasının XI turunda 2023/2024 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bunun üçün 4 oyunun keçirilməsi kifayət edib.

Belə ki, turun geridə qalan matçlarına ümumilikdə 11 750 azarkeş toplaşıb. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Buna qədər rekord VI tura məxsus idi - 10 950 nəfər.

XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda 5000, “Neftçi” – “Sabah” matçında 4600, “Sumqayıt” – “Qəbələ” görüşündə 1350, “Zirə” - “Səbail” qarşılaşmasında isə 800 azarkeş olub.

Turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bu gün keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI