Həmyerlimiz Avropa çempionatına təyinat aldı - Ermənilər də oynayacaq

08:10 Voleybol 1 193
Həmyerlimiz Avropa çempionatına təyinat aldı - Ermənilər də oynayacaq

Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb.

Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!