35 yaşlı futbolçu meydanın ortasında infarkt keçirdi

10:15 Hadisə 1 155
35 yaşlı futbolçu meydanın ortasında infarkt keçirdi

Türkiyədə keçirilən futbol qarşılaşmasında həyəcanlı anlar yaşanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda II turun oyunları çərçivəsində “Arıt Kayadıbispor” və “Gençlik Mimar Sinan Spor” Bartın Atatürk stadionunda qarşılaşıblar.

“Arıt Kayadıbispor”un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un 35 yaşlı futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.

Meydanda infarkt keçirdiyi bəlli olan təcrübəli futbolçu dərhal xəstəxanaya çatdırılaraq angioqrafiya olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…