Komandamız Andorra və Avstraliya ilə üz-üzə gələcək - DÇ-da BU GÜN

11:55 Milli komanda 1 165
Komandamız Andorra və Avstraliya ilə üz-üzə gələcək - DÇ-da BU GÜN

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində daha 2 oyun keçirəcək.

Komandamız əvvəlcə saat 12:45-də Andorra ilə qarşılaşacaq. Millimiz günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdirlər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!