Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, turnirin II təsnifat mərhələsinin cavab matçında Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 30:32 hesabı ilə məğlub olub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Komanda ilk görüşdə də rəqibinə 26:38 hesabı ilə uduzub.
