Fransa klubu “Qarabağ”lı istedadı daha sıralarına qat(may)acaq?

20:00 Qarabağ 243
Fransa klubu “Qarabağ”lı istedadı daha sıralarına qat(may)acaq?

Əli Bəşirovun «Qarabağ»dan «Strasburq»a keçib-keçməyəcəyi hələ dəqiqləşməyib.

Bu barədə Sportinfo.az-a Ağdam klubunun futbol akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.

«Köhlən atlar»ın funksioneri deyib ki, Fransa təmsilçisi may ayı ərzində yoxlanışa cəlb etdiyi 16 yaşlı yarımmüdafiəçi barədə hələ yekun qərar verməyib:

«Əli artıq «Qarabağ»ın əsas komandanın məşqlərinə cəlb olunur. O, Qurban Qurbanovun daimi nəzarəti altındadır.

Fransızlardan isə bu aralar bir xəbər yoxdur. Axırıncı dəfə bir müddət əvvəl danışıq olub. Onda da bizə Əlinin hazırlıq və fiziki göstəriciləri barədə məlumat veriblər.

Ümumən, onu bəyənirlər. Perspektivli yeniyetmə olduğunu deyirlər.

Sadəcə, konkret söz söyləmirlər, bilək ki, Əli ilə müqavilə bağlamaq fikirləri var, ya yox. Hələlik gözləyirik».

Digər Xəbərlər
Xəbər Lenti