Bu gün «Şəfa»da klubdaxili toplantı keçiriləcək.
Yığıncaq rəhbərliklə baş məşqçi Zaur Həşimov arasında təşkil olunacaq.
Burada komandanın dünənki yenilgisi müzakirə ediləcək.
Paytaxt təmsilçisi Premyer Liqanın doqquzuncu turu çərçivəsində «Kəpəz»i Sumqayıtda qəbul eləyib və 1:2 hesabıyla uduzub. Bu yenilgidən sonra «ağ-göylər»in məğlubiyyətlərinin ümumi sayı 8-ə çatıb.
Toplantıda Həşimovun taleyinə aydınlıq gətiriləcək. Onun istefaya getmək ehtimalı artıq böyükdür.
Böyük ehtimalla, bu, baş verəcək. Tərəflər arasında bu ilin iyununda bağlanmış 3 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
SPORTİNFO.AZ
