Ramil Şeydayev forma geyindi, "Soçi" qələbə qazandı

03:40 Bizimkilər 809
Ramil Şeydayev forma geyindi, "Soçi" qələbə qazandı

Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik İvanovo"nun qonağı olub.

Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ramil Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

"Tekstilşik İvanovo" - "Soçi" 1:3
Qollar:
A.Pomalyuk, 8 - M.İqnatov, 13, 63, Z.Fedorov, 67-pen.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!