FİFA prezidenti: “Bakıda keçirilən çempionat dünyanı birləşdirir”

FİFA prezidenti: “Bakıda keçirilən çempionat dünyanı birləşdirir”

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri yarışın açılış mərasimində fikirlərini bölüşüb:

"Futbol hər kəsə məxsusdur. Bizim üçün hər bir istedadlı oyunçuya şans vermək lazımdır. U-15 dünya çempionatı və festivalı həqiqətən dünyanı birləşdirir".

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…