Ölkənin futbol səhnəsində “Qarabağ”ı “Sabah” əvəzləyir?

17:40 Araşdırma 115
Ölkənin futbol səhnəsində “Qarabağ”ı “Sabah” əvəzləyir?

İki klubun fərqli cəhəti yalnız oyun üslubunda deyil, inkişaf tarixində də görünür. “Qarabağ” uzunmüddətli sabitliyin və Avropa təcrübəsinin, “Sabah” isə yeni layihənin sürətli inkişafının və rəqabətin artmasının nümunəsidir.
“Sabah”ın “Qarabağ”ı əvəzləməsindən danışmaq isə düzgün yanaşma olmazdı. Azərbaycan futbolunun inkişafı bir klubun digərinin yerini tutması ilə deyil, bir neçə klubun yüksək səviyyəyə yüksəlməsi ilə mümkün olacaq. Qarabağın Avropada qazandığı təcrübə və Sabahın yeni iddiası bir-birini tamamlayan amillər kimi qiymətləndirilməlidir.

Son illərdə Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi ətrafında müzakirələr aparılır. Bu qərarın yerli futbolçuların inkişafına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da mövcuddur. Belə narahatlıqları tamamilə əsassız saymaq olmaz. Əgər klublar yerli futbolçuların hazırlanmasına, akademiyalara və gənclərin əsas komandaya inteqrasiyasına kifayət qədər diqqət yetirməsələr, uzunmüddətli problemlər yarana bilər.

Lakin məsələni yalnız legioner sayına görə qiymətləndirmək də düzgün deyil.

Xarici futbolçuların iştirakı rəqabətin keyfiyyətini yüksəldə, məşq prosesinə yeni yanaşmalar gətirə və yerli oyunçuların gündəlik tələblərini artıra bilər. Bunun üçün legioner seçimi məqsədli olmalı, klublar heyəti sadəcə say baxımından deyil, futbolçuların komandaya verə biləcəyi töhfə əsasında formalaşdırmalıdırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti