Rüfət Abdullazadə 56-cı dəqiqə oynadı, komandası yenildi

03:20 Bizimkilər 1 463
Rüfət Abdullazadə 56-cı dəqiqə oynadı, komandası yenildi

İsrail Premyer Liqasında 8-ci turun oyunu keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Sakhnin"i qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Sana Qomes vurub.

Rüfət Abdullazadə oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!