Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo bu dəfə futbol meydanlarından kənarda – maliyyə sahəsində növbəti tarixi rekorda imza atıb.
Sportinfo.az nüfuzlu “Forbes” jurnalına istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz futbol tarixində qazancı 2 milyard dollara çatan ilk futbolçu olub.
Məlumata görə, bu məbləğə yalnız klublarla bağlanan müqavilələr üzrə maaşlar deyil, həm də futbolçunun bütün digər gəlir mənbələri – reklam, sponsorluq müqavilələri və şəxsi biznes layihələri daxildir.
41 yaşlı Ronaldonun “Əl-Nəsr” ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
