Gənclər arasında Qran-Pri turnirinə start verildi

07:40 Cüdo 1 065
Gənclər arasında Qran-Pri turnirinə start verildi

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında Qran-Pri turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…