Azərbaycan yığmasının sabiq oyunçusu dayandığı yerdə ağır zədə aldı, əməliyyat olundu

24 Oktyabr 20:20 I Divizion 131
Azərbaycan yığmasının sabiq oyunçusu dayandığı yerdə ağır zədə aldı, əməliyyat olundu

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev karyerasını tezliklə başa vura bilər.

Buna səbəb 37 yaşlı orta sahə oyunçusunun aldığı ağır zədədir.

Belə ki, o, I Liqanın 5-ci turu çərçivəsində «Zaqatala»ilə keçirilən səfər matçında sıradan çıxıb. «Şahdağ»ın yetirməsi 32-ci dəqiqədə heç bir toxunuş olmadan qəflətən yıxılıb və Vüsal Əliyevlə əvəzlənib.

Sabiq «dənizçilər»in kapitanı Bakıdakı klinikaların birində öncə müayinə, sonra əməliyyat olunub. Sol ayağının daban hissəsində həm sınıq, həm də əzilmə aşkarlanıb.

Rahid minimum 6 ay yaşıl sahələrdən uzaq qalacaq. Həkimlər ona karyerasının tezliklə başa vura biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Tibb işçilərinin rəyinə əsasən, millinin eks üzvü bir daha süni qazona ayaq basarsa, eyni halın təkrarlanmaq ehtimalı yüksəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada