Millimiz dünya çempionatına 6:0-лыг qələbə ilə başladı

24 Oktyabr 23:20 Milli komanda 125
Millimiz dünya çempionatına 6:0-лыг qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.

Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.

Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.

Turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada