“İşimiz hələ yeni başlayır” - Azərbaycan millisini çalışdıran

08:30 Milli komanda 1 319
“İşimiz hələ yeni başlayır” - Azərbaycan millisini çalışdıran

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi ilk oyununda Şərqi Timoru 6:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında komandasının çıxışını dəyərləndirib.

Mütəxəssis ilk oyunda müəyyən çətinliklərlə üzləşdiklərini, lakin sonda böyükhesablı qələbə qazandıqlarını bildirib:

“İlk oyunda çətinliklər yaşasaq da, 15 gün ərzində çempionatdakı ilk qarşılaşmamıza hazırlaşaraq qələbə qazanmağı bacardıq.

Qrupun ilk oyununda böyükhesablı qələbə əldə etmək sevindiricidir. Rəqib müəyyən məqamlarda üstün olsa da, komandamız toparlanaraq layiqli qələbə qazandı.

Qarşıda bizi daha güclü rəqiblərlə oyunlar gözləyir. Onların gücünü kifayət qədər dəyərləndirmişik.

Ölkə Prezidentinin bizi qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verdi. İşimiz hələ yeni başlayır.

Çalışaraq maksimum nəticə əldə etmək və qrupda liderlər sırasında yer almaq istəyirik. Hədəfimiz qrupda maksimum xal toplamaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…