Yığmamızın müdafiəçisi “sarı” aldı, 4 qolla uduzdular

02:50 Bizimkilər 854
Yığmamızın müdafiəçisi “sarı” aldı, 4 qolla uduzdular

Türkiyə I Liqasında XII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

12 turdan sonra 13 xal toplayan "Sivasspor" turnir cədvəlinin XIV pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…