Zaqreb “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”dan MƏLUMAT

02:40 Qarabağ 1 395
Zaqreb “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”dan MƏLUMAT

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət kollektivi UEFA Gənclər Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin Çempionlar yolunun ikinci təsnifat mərhələsində Xorvatiyadan “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.

Oktyabrın 28-də keçiriləcək ilk qarşılaşma saat 15:30-da başlayacaq. Görüş Azersun Arenada keçiriləcək.

İki oyundan ibarət mərhələnin cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə təşkil olunacaq.

“Qarabağ” bu mövsüm UEFA Gənclər Liqasında mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başlayır. Azərbaycan təmsilçisi Xorvatiya klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələyə yüksələcək.

Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Portuqaliyanın “Benfika” və Kiprin “Pafos” komandaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…