Ötən mövsümün gedişində "Azərsun Arena"nın ot örtüyü təmirə bağlandı.
Bu səbəbdən "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə başladı.
Mövsüm başa çatdı, yeni mövsüm başladı, amma “Qarabağ” hələ də doğma meydanına qayıtmayıb.
Maraqlıdır ki, bir neçə gün əvvəl Bakıda qonaq olan Dortmund “Borussiya”sı məhz “Qarabağ”ın əsas stadionunda məşqə çıxdı.
Bu mənzərə isə istər-istəməz suallar yaradır. Əgər ot örtüyü Almaniya klubunun məşq etməsi üçün yararlıdırsa, bəs “Qarabağ”ın öz ev oyunlarını keçirməsinə nə mane olur?
Axı söhbət təkcə bir stadiondan yox, klubun doğma meydanından, ev amilindən və azarkeşlərin komandaya daha yaxın olmaq imkanından gedir.
"Azərsun Arena" daha kompakt və azarkeşlərin təsir gücünü artırmağa imkanlar açan meydandır.
Belədə qayıdışın baş tutmaması müəmma yaradır.
Gözləyək, qarşıdakı turları. Bəlkə bundan sonra vəziyyət normala qayıtdı.
XANOĞLAN/ SPORTİNFO.AZ
