Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın yeni mövsümə hazırlıq səviyyəsindən kəskin narazıdır.
NFF-nin birinci şəxsinin Cavid Hüseynovun işini bəyənmədiyi artıq klubda hər kəsə bəllidir.
Düşərgədən əldə etdiyimiz məlumata görə, Axundov komandanın keçirdiyi yoxlama görüşlərindən sonra bu şikayətini açıqş şəkildə dilə gətirib.
O, Hüseynovun oynatdığı futbolun «Araz»a yaraşmadığını, belə deyək, növbəti sezondan gözünün su içmədiyini söyləyib.
Federasiyanın başqanı kurasiya etdiyi «ağ-qırmızılar»ın iki qarşılaşmasını axıradək izləməyib, stadiondan çıxıb gedib.
Muxtar Respublika təmsilçisi Cavid Hüseynovu iki ay öncə görəvə gətirib. Zaur Axundov onu AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun xahişi ilə sükan arxasına əyləşdirib.
Müqavilə müddəti birillikdir. Gənc çalışdırıcının qarşısına Premyer Liqada yüksək yelər uğrunda mübarizə aparmaq tapşırığı qoyulub.
Çempionatın ilk həftələrində işlər qaydasında getməsə, yəqin ki. İlk istefa xəbərini «Araz»dan alacağıq. Axundov ambisiyalı şəxsdir, uğursuzluqla barışan və buna dözən deyil.
SPORTİNFO.AZ
